Rafinya ilə 4 klub maraqlanır

28.09.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Barselona”nın braziliyalı futbolçusu Rafinya üçün dörd klub hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, məlumatı “Globo Esporte” yayıb.

Bildirilir ki, 29 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsinin yenilənməsi prosesi davam edir. Rafinya komandada qalmaq istəyir. Lakin onun bu mövsümkü çıxışı Avropanın və Səudiyyə Ərəbistanının bir sıra klublarının diqqətini çəkib.

Mənbənin məlumatına görə, “Mançester Yunayted”, “Arsenal”, “Çelsi” və “Əl-Hilal” Rafinyanı transfer etmək istəyən klublar sırasındadır. Bu komandaların braziliyalı futbolçunu “Barselona”dan ayırmaq üçün yüksək maliyyə təklifləri hazırladığı qeyd olunur.

Bununla belə, Rafinyanın “Barselona”da qalmaq istədiyi və klub rəhbərliyinin onunla yeni müqaviləni yaxın zamanda rəsmiləşdirməyə çalışdığı bildirilir.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью