Rafinya indi daha şanslıdı

29.04.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Goal” portalı bu il “Qızıl top” mükafatını qazanmaq şansı olan namizədlərin yeni reytinqini açıqlayıb.
Eksperlərinə ümumi rəyinə görə, hazırda “Barselona”nın hücumçusu Rafinya mükafatın qalibi adına əsas namizəddi. Siyahıda 2-ci yeri PSJ-nin hücumçusu Usman Dembele, 3-cü yeri isə “Barselona”nın hücumçusu Lamin Yamal tutur. Rafinya bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 30 qol vurub və 23 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Qızıl top”un qalibinin adı oktyabrın 27-də Parisdə keçiriləcək mərasimdə açıqlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью