Rafinya “Jirona” ilə oyunda meydana çıxa biləcək Sport.es

14.02.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Barselona”nın cinah oyunçusu Rafinya İspaniya La Liqasının 24-cü turunda “Jirona” ilə oyunda meydana çıxa bilər.

İdman.Biz-in Sport.es-ə istinadən məlumatına görə, hücumçu Markus Reşford həmin matçı buraxacaq. Oyun 16 fevralda keçiriləcək.

Nəşrin məlumatına görə, “blauqrana”nın braziliyalı cinah oyunçusu əsas heyətlə məşqlərə qayıdıb. Buna baxmayaraq, onun derbidə start heyətində yer alması ehtimalı azdır. Bu arada Reşford sol dizində narahatlıq hiss edir və oynamayacaq.

29 yaşlı braziliyalı zədə səbəbindən son üç matçı buraxıb. Bu mövsüm o, 22 oyun keçirib, 13 qol vurub və beş məhsuldar ötürmə edib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью