Rafinya mütləq rekord müəyyənləşdirdi

20.09.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın "Barselona" klubunun braziliyalı hücumçusu Rafinya Kataloniya təmsilçisinin heyətində mövsümün ilk oyunlarında vurulan qolların sayına görə mütləq rekorda imza atıb.

Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, kataloniyalılar ölkə çempionatının 7-ci turunun səfər qarşılaşmasında "Sevilya"ya 3:1 hesabı ilə qalib gəliblər, 29 yaşlı braziliyalı isə het-trik müəllifi olub.

İspaniya La Liqası: "Barselona" "Sevilya"nı məğlub etdi - Video

Bu uğur sayəsində Rafinyanın aktivində bütün rəsmi turnirlər nəzərə alınmaqla mövsümün ilk səkkiz matçında artıq 14 qol var.

Braziliyalı hücumçu İspaniyanın dördqat çempionu Sesar Rodriqesin tarixi nailiyyətini geridə qoyub. Rodriqes 1948/49 mövsümündə analoji oyun kəsiyində 13 qola imza atmışdı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью