Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Rafinya nümunə götürdüyü futbolçular barədə danışıb.
“Barca Universal”ın məlumatına görə, “Barselona”nın və Braziliya yığmasının hücumçusu iki həmyerlisinin adını çəkib:
“Mənim nümunə götürdüyüm futbolçular kimlərdi? Neymar və Ronaldinyo. Bu iki oyunçu mənim üçün böyük bir ilham mənbəyi idi. Ronaldinyo oynayanda onu çox izləmirdim, çünki onda çox gənc idim. Amma “yutub” sayəsində onun iştirakı ilə olan klipləri və Rivaldo, Ronaldo Nazario kimi digər futbolçuları izləyə bildim”.