Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Haradan gəldiyimi və karyeramda nələr keçirdiyimi nəzərə alsaq, sadəcə "Qızıl top"a namizəd olmaq belə mənim üçün böyük qələbə sayılar".
İdman.biz xəbər verir ki, bu sözləri "Barselona"nın vingeri Rafinya nüfuzlu mükafatı qazanmaq istəyi ilə bağlı sualı cavablandırarkən "L'Equipe" nəşrinə deyib.
2025-ci il üçün "Qızıl top"u qazanmağa əsas namizədlərdən biri hesab olunan braziliyalı bu mövsüm bütün turnirlərdə 34 oyunda 23 qol vurub və 14 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Braziliyanın Porto Aleqre şəhərində doğulan Rafinya 19 yaşından Avropada çıxış edir.
O, "Barselona"dan əvvəl "Gimaraeş" (2015-2018), "Sportinq" (2018-2019), "Renn" (2019-2020) və "Lids" (2020-2022) komandalarının formasını geyinib.
İdman.biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.