Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Rafinya: "Flikə həmişə minnətdaram"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
“Barselona”nın hücumçusu Rafinya Dias komandanın baş məşqçisi Hans-Diter Flikl barədə danışıb.
QOL.az xəbər verir ki, braziliyalı futbolçu İspaniya çempionatının 6-cı turunda “Rasinq”i 7:2 hesabı ilə məğlub etdikləri oyunda het-trik etdikdən sonra almaniyalı mütəxəssisi qucaqlayıb.
O, daha sonra açıqlamasında baş məşqçisinə təşəkkür edib:
“Mən bunu həmişə demişəm və təkrarlamağa davam edəcəyəm. Flik mənim düşüncə tərzimi və özümə münasibətimi kökündən dəyişən məşqçidir.
Məhz buna görə ona təşəkkür edirəm. Flikə həmişə minnətdar olacağam".
Bu qələbə “Barselona”nı turnir cədvəlinin ilk pilləsində möhkəmləndirib. Kataloniya təmsilçisinin hesabında 18 xal var.