Rafinya tarixi rekorda şərik oldu

20.04.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Barselona"nın vingeri Rafinya top-5 liqalar tarixində braziliyalı futbolçular arasında 1 mövsüm ərzində məhsuldar göstərici rekordunu təkrarlayıb.

Fanat.Az xəbər verir ki, cinah hücumçusu bu sezon 30 qol və 21 assistlə yadda qalaraq Neymara çatıb. 

Neymar da 2015/2016 mövsümündə "Barselona" forması ilə 51 məhsuldar göstəriciyə (31 qol, 20 assist) imza atıb.

Mövcud reallığı nəzərə alsaq, Rafinyanın mütləq rekordçuya çevrilmək ehtimalı yüksəkdir. O, yaya qədər 6 La Liqa, 2 Çempionlar Liqası və İspaniya Kubokunun finalında oynaya bilər.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью