Rafinya üçün 200 milyon dollar

23.04.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Əl Hilal”ın nümayəndə heyəti bu yaxınlarda “Barselona”nın vingeri Rafinya və digər oyunçuları satın alması imkanlarını müzakirə etmək üçün Kataloniyaya səfər edib.

Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistan klubunun futbolçuya hər mövsüm üçün 50 milyon dollar olmaqla, 4 illik 200 milyon dollarlıq müqavilə təklif etdiyi bildirilir. “Əl Hilal” bu transfer üçün “Barselona”ya 100 milyon avro ödəməyə hazırdır.

“Blauqrana”nın idman direktoru vəziyyətdən xəbərdardır və nəyin bahasına olursa olsun futbolçunu saxlamağa hazırdır. Ancaq son qərar Rafinyanın özünə məxsusdur.

28 yaşlı futbolçunun “katalanlar”la müqaviləsi 2027-ci ilin yayına kimidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью