Rafinyadan ardıcıl 2 ci het trik Qrizman 8 il əvvəl bunu bacarmışdı

20.09.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Barselona”nın hücumçusu Rafinya La Liqada ardıcıl iki oyunda het-trik edib.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu “Rasinq”ə (7:2) və “Sevilya”ya qarşı (1:3) oyunlarda üç qol vurub. Rafinya 2017/18 mövsümündə “Atletiko”nun heyətində çıxış edən Antuan Qrizmannın ardından bunu bacaran ilk futbolçu olub.

Bu, La Liqa tarixində 30-cu belə haldır. Rafinyaya qədər “Barselona”nın futbolçularından yalnız Lionel Messi (üç dəfə) və Luis Suares buna nail olmuşdu.

Yalnız 1934/35 mövsümündə “Oviedo”nun heyətində çıxış edən İsido Lənqara və 1946/47 mövsümündə “Atletik”də oynayan Telmo Sarra ardıcıl üç oyunda het-trik etməyi bacarıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью