Rafinyadan het trik, Barselona dan beşqollu qələbə Video

29.11.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniya La Liqasının XIV turunda "Deportivo" və "Barselona" komandaları üz-üzə gəliblər.
Bizim.Media xəbər verir ki, La-Korunya şəhərindəki "Abanka-Riasor" stadionunda keçirilən görüş Kataloniya təmsilçisinin 1:5 hesablı səfər qələbəsi ilə başa çatıb. Qarşılaşmanın baş hakimi İs idro Dias de Mera Eskuderos olub.
Matçın ikinci dəqiqəsində "Barselona"nın vingeri Lamin Yamal hesabı açıb. Doqquzuncu dəqiqədə "Deportivo"nun hücumçusu Pyer-Emerik Obameyanq tarazlığı bərpa edib. 20-ci dəqiqədə yarımmüdafiəçi Dani Olmo Kataloniya təmsilçisini yenidən hesabda önə keçirib.
Görüşün 50-ci dəqiqəsində Rafinya meydan sahiblərinin qapısından üçüncü topu keçirib. Braziliyalı futbolçu 83-cü dəqiqədə dubl edib, 90+1-ci dəqiqədə isə het-trikini rəsmiləşdirərək matçın yekun hesabını müəyyənləşdirib - 1:5.
Bu nəticədən sonra "Barselona" 14 oyunda topladığı 39 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. 15 xalı olan "Deportivo" isə 11-ci pillədə yer alıb.
Növbəti turda "Deportivo" dekabrın 5-də səfərdə "Rasinq"lə, "Barselona" isə dekabrın 2-də doğma meydanda Madridin "Atletiko" klubu ilə qarşılaşacaq.





 Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью