Rafinyadan həyat yoldaşına 60 min avroluq hədiyyə Şəkil

22.01.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Rafinyadan həyat yoldaşına 60 min avroluq hədiyyə - Şəkil

Barselona klubunun braziliyalı futbolçusu Rafinya həyat yoldaşına etdiyi sürprizlə gündəmə gəlib.

QOL.az xəbər verir ki, futbolçu xanımı Natalia Rodrigesə lüks avtomobil hədiyyə edib. Natalia sosial media səhifəsində hədiyyə aldığı yeni "Range Rover Sport" markalı avtomobillə fotosunu paylaşıb.

Məlumata görə, sözügedən avtomobilin qiyməti təxminən 60 min avro dəyərindədir.

Xatırladaq ki, Rafinya və Natalia 2022-ci ildən evlidirlər. Cütlüyün bir qız və bir oğlan övladı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью