sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Barselona"nın braziliyalı futbolçusu Rafinya komanda yoldaşı Lamin Yamala "Qızıl top" uğrunda mübarizədə açıq dəstək verib. Sport24.az xəbər verir ki, Raаinya sosial şəbəkədə Lamin Yamalın "Rasinq"lə oyundan sonra paylaşdığı fotolara şərh yazıb.
Braziliyalı hücumçu gənc futbolçuya "Sən fenomensən. Mənim "Qızıl Top"um" sözləri ilə müraciət edib.
Rafinyanın bu açıqlaması onun Lamin Yamala olan böyük rəğbətini bir daha göstərib. İki futbolçu arasındakı yaxın münasibət meydandan kənarda da davam edir. Xüsusilə son aylarda onların əməkdaşlığı daha da diqqət çəkib və mövsümün əvvəlində "Barselona"nın hücum xəttində olduqca məhsuldar tandem formalaşdırıblar.
Qeyd edək ki, Lamin Yamalın "Qızıl top"u qazanması məsələsində "Barselona" daxilində də geniş dəstək var. Komandanın futbolçuları, məşqçiləri və klubun müxtəlif departamentlərinin nümayəndələri onun fərdi mükafata layiq görülmək şanslarını yüksək qiymətləndirirlər.