Rafinyadan Superkubok hədiyyəsi İdman və Biz

20.01.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Barselona"nın hücumçusu Rafinya İspaniya Superkubokunda qələbə münasibətilə komanda yoldaşlarına xüsusi hədiyyə verib.

İdman.biz xəbər verir ki, o, həmkarlarına qızılla bəzədilmiş iPhone təqdim edib.

Mobil telefonlara "Barselona"nın emblemi, hər bir futbolçunun adı və meydana çıxdığı nömrə həkk olunub. Az əvvəl Rafinya "Golden Boy" mükafatına layiq görülən Lamin Yamala eyni hədiyyəni verib.

Qeyd edək ki, telefonlar Rafinyanın əməkdaşlı etdiyi "I Design Gold" tərəfindən hazırlanıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью