Rafinyanın aqibəti məlum oldu

14.05.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rafinyanın gələcəyi ilə bağlı şayiələrə böyük ölşüdə son qoyulub.
“Barselona” rəhbərliyi hücumameyilli yarımmüdafiəçi ilə yeni müqavilə imzalamağa hazırlaşır. “Mundo Deportivo”nun məlumatına görə, İspaniya klubu tezliklə futbolçu ilə müqavilənin müddətini 2029-cu ilin yayına qədər uzadacaq. Tərəflər artıq bununla bağlı prinsipial razılığa gəliblər.
Hazırkı müqaviləsi 2027-ci ilə qədər olan Rafinya komandanın ən çox maaş alan futbolçularından birinə çevriləcək. O, Səudiyyə Ərəbistanı klublarının marağına baxmayaraq, “Barselona”da qalmaq istəyib.
Qeyd edək ki, Rafinya bu mövsüm 54 oyun keçirib, 34 qol vurub və 22 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью