Rafinyanın Barselona dakı taleyinə aydınlıq gəldi AÇIQLAMA

09.08.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik jurnalistlərə açıqlamasında braziliyalı hücumçu Rafinya Diasın Kataloniya klubundakı perspektivi barədə danışıb. 

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano alman çalışdırıcının dedikılərini belə çatdırıb:

"Rafinya hazırda "Barselona"nın ən vacib oyunçularından biridir. O, "Blaugrana"da qalacaq. Rafinya bizə lazım olan intensivliyi verir. Bizdə həqiqətən də buna çox ehtiyac var". 

Rafinya Dias ötən mövsüm Kataloniya komandasında İspaniya La Liqasında 22 oyun keçirib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib. Mətbuatda braziliyalı futbolçunun bu yay Səudiyyə Ərəbistanına keçə biləcəyi ilə bağlı şayiələr yayılıb.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью