Rafinyanın durumu bəlli oldu

01.10.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona"nın hücumçusu Rafinya zədə səbəbindən vaxtından əvvəl Braziliya millisinin düşərgəsini tərk edib.

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçunun probleminin o qədər də ciddi olmadığı ortaya çıxıb. Bu barədə "Barca Universal" məlumat yayıb.

Rafinyanın La Liqanın "Xetafe"yə qarşı matçında start heyətində meydana çıxması istisna edilmir. ​Bununla belə, baş məşqçi Hans-Diter Flik kapitanı oktyabr ayının daha vacib qarşılaşmaları üçün qoruya biləcəyi gözlənilir.

Almaniyalı mütəxəssisin hücum xəttində altı alternativ variantı var. Bunlar Qabriel Jezus, Hamza Abdelkarim, Entoni Qordon, Dani Olmo, Fermin Lopes və Lamin Yamaldır.

Qeyd edək ki, Rafinya ​2026/27 mövsümündə "Barselona"nın heyətində keçirdiyi 8 matçda 14 qolla və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью