Rafinyanın yerini kim tutacaq?

27.11.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Barselona” rəhbərliyi hücum xəttini gücləndirmək məqsədilə “Çelsi”nin futbolçusu Pedro Netonu transfer etmək niyyətindədi.
"Football-plus.az" xəbər verir ki, İspaniya klubu komandanı tərk etmək ehtimalı olan Rafinyanın yerinə portuqaliyalı cinah hücumçusunu əsas namizəd kimi dəyərləndirir. Məlumata görə, klubun idman direktoru da futbolçunun oyun tərzini bəyənir və bu keçidi dəstəkləyir.
Pedronun London klubu ilə müqaviləsi 2031-ci ilə qədərdi. O, cari mövsümdə 16 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью