Rafinyanın yorucu futbol marafonu başlayır

12.11.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rafinyanın yorucu futbol marafonu başlayır

“Barselona”nın futbolçusu Rafinya cari mövsüm klub və milli komanda oyunları ilə əlaqədar 98 gün ərzində təxminən 76 761 kilometr yol qət edəcək. 

QOL.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Braziliyalı futbolçunun səfərləri avqustun 23-də “Elçe” ilə matçdan başlayıb. Noyabrın 29-da “Deportivo” ilə La-Korunyada keçiriləcək görüşdən sonra onun qət etdiyi məsafə 76 761 kilometrə çatacaq.

Sıx səfər qrafiki və fiziki yorğunluq Rafinyanın zədə riskini də artırıb. O, son üç dəfə Braziliya millisində çıxış edərkən əzələ zədəsi alıb. Bu səbəbdən futbolçunun meydanda keçirəcəyi vaxtın məhdudlaşdırılması ilə bağlı baş məşqçi Karlo Ançelotti ilə razılıq əldə olunub.

Qeyd edək ki, Rafinyanı qarşıdakı günlərdə daha bir uzun səfər gözləyir. Sinqapurdan qayıtdıqdan sonra o, “Barselona” ilə Çempionlar Liqası matçı üçün Bakıya gələcək, daha sonra isə La-Korunyaya yollanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью