Rafiq Cəfərovla vida mərasimi keçirilib

15.05.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Füzuli rayonunun 7-ci Qayıdış qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Rafiq Şirvan oğlu Cəfərovla vida mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Cəfərov 1973-cü il yanvarın 21-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1993-cü il iyulun 27-də Füzulinin Cuvarlı kəndi (Aşağı Əbdürrəhmanlı) istiqamətində itkin düşüb.

R.Cəfərov Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью