Rafiq Danakari: Amaras monastırını ziyarət etməkdən çox məmnunuq

18.11.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xocavənd, 18 noyabr, AZƏRTAC

Alban-Udi xristian dini icmasının nümayəndələri illər sonra ilk dəfə Amaras monastırını ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Alban-Udi Xristian Dini İcmasının sədr müavini Rafiq Danakari müshaibəsində bildirib ki, icma üzvləri Qafqaz Albaniyasının nümayəndələri kimi Amaras monastırını ziyarət etməkdən böyük məmnunluq duyurlar.

“Biz çox xoşbəxtik ki, Amaras monastırını ziyarət etdik. Şamlar yandırdıq, dualar oxuduq. Artıq altıncı ildir ki, azad olunmuş torpaqlarımızdakı müqəddəs ocaqları ziyarət edir, şamlar yandırır, dualar edirik. Dua edirik ki, Azərbaycan torpağında bir daha müharibələr olmasın. Çünki biz sülhsevər, tolerant və multikultural xalqıq”.

Müxbir - Aydın Yavərzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью