Idman.biz saytına istinadən Icma.az xəbər verir. “Bu güləşçilər yığmanın tərkibində məşq edən idmançılardır və hamısını yaxından tanıyıram.
Güclü idmançılarımızın bəziləri zədə səbəbindən, bəziləri yarışdan təzə gəldikləri üçün çempionatda iştirak edə bilmədilər”.
Bunu İdman.biz-ə Azərbaycan millisinin yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) deyib.
O, davam edən güləş üzrə Azərbaycan çempionatı ilə bağlı fikirlərini açıqlayıb.
Dünya və Avropa çempionunun sözlərinə görə, yunan-Roma güləşi üzrə yarışda fərqlənənlər gələcəkdə özlərini yaxşı tərəfdən göstərəcəklər: “Gənc və yeniyetmə güləşçilərimiz bu çempionatda öz sözlərini dedilər.
Onlar sübut etdilər ki, Azərbaycan çempionatında çıxış edib medal qazana bilərlər. Bu uğurların davamına inanıram.
Bu gün qaliblər sırasında gördüyümüz güləşçilər gələcəkdə titullu idmançıların yerini tutacaq və onların kölgəsində qalmayacaqlar”.
Hüseynov bildirib ki, 2024-cü ili Azərbaycan güləşi üçün uğurlu hesab etmək olar: “Biz öz sözümüzü güləş aləmində demiş ölkələrdən biriyik.