Rahat uyuyun, qisasınız alındı! | Icma.az
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Ağrılı-acılı Xocalı faciəsindən 33 il ötür.
Artıq beşinci ildir ki, həmin günü qalib xalq kimi anırıq. Bundan tam 33 il əvvəl, 1992-ci il fevral ayının 25-dən 26-na keçən o qanlı gecə.
Bütün yollar bağlandı və Xocalıda dünyanın görmədiyi vəhşiliklə insanlar qətlə yetirildilər.
Bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə keçdi.
Dinc, silahsız yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak oldu.
Minlərlə insan yaralandı, xəsarət aldı, şikəst oldu, əsir düşdü.
Mənfur ermənilər Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq istəsələr də, buna nail ola bilmədilər.
Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla barışmaz mövqeyimizi sarsıda bilmədi.
Tam oxu
Xəbəri oxu