Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünya Velosiped Günüdür Velosiped ətraf mühitə ən uyğun nəqliyyat növü hesab olunur.
Onun istifadəsi ekologiya və insan sağlamlığı üçün təhlükəsizdir.
Velosipedlər daxiliyanma mühərriklərindən fərqli olaraq istixana qazı xaric etmir, atmosferi çirkləndirmir və yollarda səs-küy yaratmadan insanların narahatlığına səbəb olmur.
Küçələrdə daha çox velosiped və daha az avtomobillərin olması yol qəzalarının başvermə ehtimalını da azaldır.
İyunun 3-ü Dünya Velosiped Günü kimi qeyd olunur. Bu gün BMT Baş Assambleyası tərəfindən 2018-ci ilin aprel ayında təsis edilib.
Sənəd 56 ölkə tərəfindən hazırlanıb və qəbul edilib. Bəşəriyyətin ən böyük ixtiralarından biri “Velosiped” sözü 1860-cı ildə Fransada meydan
Bu terminin ixtiraçısı Pyer Mişo istəyirdiki, iki çarxlı və sadə mexanizmli bir nəqliyyat vasitəsinə ad qoysun.