Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Zibillik 4-5 binanın arasında yerləşir. Təəssüf ki, tullantılar vaxtında daşınmır. Nəticədə ətrafda pis qoxu yayılır və sanitar vəziyyət ciddi şəkildə pozulur. İnsanlar istənilən əşyaları - balış üzü, çexol, ətir qabları, hətta köhnə döşəkləri belə - yəni ağlına gətirdiyin- gətirmədiyin nə varsa, bu əraziyə atırlar.
Hər gün zibil qutularını eşələyən şəxslərə rast gəlinir. Kimisi çörək, kimisi kosmetik qablar və digər əşyalar axtarır. Elə bil zibilin gec daşınması bu şəxslərin işinə yarayır - rahatlıqla axtarış aparırlar.
Ən narahatedici məqamlardan biri də gecə saatlarında baş verən səs-küydür. Zibil maşınları tullantıları elə gurultu ilə boşaldır ki, ilk dəfə eşidən şəxs bunu partlayış səsi kimi qəbul edə bilər. Sən demə, sadəcə zibil maşını gəlib “səssizcə” işini görürmüş. Bu “sakit gecənin” qəhrəmanı zibil maşınıymış.
Günel Həsənova, Bizimyol.info