Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
(II yazı)Bir zamanlar sinif rəhbərlərinin valideynlərlə müntəzəm əlaqə saxlamaq və ona nəzarət etmək üçün ayrıca “Valideynlərlə söhbət” dəftəri var idi.
Sinif rəhbərləri bütün şagirdlərin valideynlərilə övladlarının dərslər, məktəb, müəllim və məktəb yoldaşlarına münasibəti haqqında söhbətlər aparıb, onları məktəbə, övladlarının dərslərində iştirak etməyə sövq edirdilər.
Valideynlərin dərsdə iştirakı, bütünlükdə məktəbdə təlim-tərbiyə işinin keyfiyyətinə, müəllimlərin peşəkarlığının təkmilləşməsinə müsbət təsir göstərirdi.
Yaxşı yadımdadır, bir dəfə dərsimdə iki valideyn iştirak etməli oldu. Yoxlama yazı işi aparmalı idim plana görə.
Zarafatyana gənc valideynlərə də test vərəqi verdim. Vaxt bitəndən sonra ağıllı lövhədə nümayiş etdirib səhvlər üzərində iş aparmağa başladı
Maraqlı burasıdır ki, valideynlər elə bəzi şagirdlərim qədər bal toplamışdı.
Bu, epizod, daha çox da əvvəlki nəsillərin öyrənməyə münasibəti baxımından şagirdlərimin çalışmasına yaxşı təsir göstərdi.