Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ötən mövsüm Azərbaycan II Liqasının çempionu olaraq I Liqaya yüksələn “Şahdağ Qusar”da qeyri-müəyyənlik hökm sürür.
Baş sponsor I Liqaya vəsiqə qazanmış komandaya maliyyə dəstəyi göstərməkdən imtina edir, bununla razılaşmayan klubun direktoru Elçin Cananov istefa ərizəsini yazır, bir sözlə, klub dağılmağa doğru gedir.
Hazırda klubda cəmi 6 işçinin qaldığı bildirilir. Qalanlardan Azərbaycan millisinin veteran futbolçusu, eyni zamanda “Şahdağ Qusar”ın kapita
- Hazırda “Şahdağ Qusar”da nə baş verir? - Nə rəhbərlikdən, nə də bir başqa yerdən səs-soraq var.
Futbolçulardan kimin təklifi olursa, dəyərləndirib gedirlər. “Şahdağ Qusar”dan ümumiyyətlə, bir xəbər yoxdur.
- Klubda cəmi 6 nəfər işçinin qaldığı deyilir... - Müqaviləmiz var, qalmışıq. Sadəcə, bir xəbər edən yoxdur ki, klub olacaq, olmayacaq.
Yaxud sponsor davam edəcəkmi? Bunu da bizə dəqiq deyən adam yoxdur. - Bəs baş məşqçi Elnur Abdullayevlə danışığınız olmayıb?