Rahid Əmirquliyev “Sabah”a inanır: “Mərhələ adlayacaq”

22.07.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

“Sabah” ilk oyunda üstün tərəf idi”.

Bunu Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev deyib.

O, əvvəlcə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Sabah”ın Finlandiyanın “KuPS” klubunu 1:0 hesabı ilə məğlub etməsini şərh edib:

“Düşünürəm ki, hesab daha böyük ola bilərdi. Komanda evdə oynayırdı və yaratdığı qol imkanlarından daha yaxşı yararlansaydı, cavab görüşünə daha rahat çıxardı. Təəssüf ki, fürsətlərdən istifadə etmək mümkün olmadı. Buna baxmayaraq, “Sabah” yaxşı oyun göstərdi. İnanıram ki, komanda səfərdə də qələbə qazanacaq. “Sabah”ın bunun üçün kifayət qədər potensialı var. Düşünürəm ki, mərhələni keçən tərəf də məhz Azərbaycan təmsilçisi olacaq”.

Əmirquliyev bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Dinamo” qarşılaşması barədə də fikirlərini bildirib:

“Bu, tarixi oyunlardan biridir. Düşünürəm ki, açıq-aşkar olmasa da, görüşün favoriti “Neftçi”dir. Asan oyun olmayacaq, amma maraqlı mübarizə gözləyirəm. Hesab edirəm ki, “Neftçi” minimalhesablı qələbə qazanacaq. Komandaya uğurlar arzulayıram və inanıram ki, "ağ-qaralar" azarkeşlərini sevindirəcək”.

Yeni mövsümdə ilk böyük imtahan – “Neftçi”dən nə gözləyək? ÇSKA-ya UEFA-dan sərt cəza – "Qarabağ"la oyuna azarkeşsiz gələcəklər “Neftçi”nin Avropa həsrəti başa çatır - YENİLƏNİR Bölgə təmsilçisindən müdafiəçi transferi “Zirə”dən yeni transfer - RƏSMİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью