Rahid Əmirquliyevin komandası Neftçi ilə qarşılaşacaq

21.08.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Növbəti mövsüm I Liqada çıxış edəcək "Şahdağ Qusar" çempionata hazırlıqları davam etdirir. 

Fanat.Az-ın məlumatına görə, Rahid Əmirquliyevin komandası sabah yoxlama matçında qüvvəsini sınayacaq.

Şimal təmsilçisi "Neftçi"nin 19 yaşlılardan ibarət komandası ilə üz-üzə gələcək. Oyun İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu baş tutacaq və saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Şahdağ Qusar" ötən mövsüm II Liqada çempion olaraq I Liqaya yüksəlib. Çempionata sentyabrın 11-də start veriləcək. Qusar təmsilçisi debütünü MOİK-lə səfər matçında reallaşdıracaq.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью