Rahid Əmirquliyevin qardaşı oğlu “Səbail”də

18.08.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” heyətini yeni futboçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, I Liqa təmsilçisi Rail Əmirquliyevi transfer edib.

Son olaraq “Şahdağ Qusar”da çıxış etmiş 20 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Rail Azərbaycan milli komandasının sabiq futbolçusu, hazırda “Səbail”də çıxış edən Rahid Əmirquliyevin qardaşı oğludur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью