Rahil Məmmədov əməliyyat olunacaq? Klubdan ə AÇIQLAMA | Icma.az
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan millisinin və “Araz-Naxçıvan” klubunun futbolçusu Rahil Məmmədov ciddi zədə səbəbindən əməliyyat olunacaq.
Bu barədə İdman.Biz-ə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda AFFA-nın və futbolçunun ortaq qərarı ilə əməliyyat planlaşdırılır.
Rahil Məmmədov ən azı üç ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, o, Ukrayna millisinə qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunundan əvvəl, məşq zamanı zədələnib.
Polşanın Krakov şəhərində keçirilmiş Ukrayna - Azərbaycan oyunu rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Yusif Sadıqlı İdman.Biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu