Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. Rahil Məmmədov Azərbaycana qayıdır.
Legioner həyatı istədiyi kimi alınmayan millimizin müdafiəçisi "Turan Tovuz"la anlaşıb.
Oxu.Az xəbər verir ki, 2014-cü ilin yanvarından Polşada çıxış edən 29 yaşlı müdafiəçi ötən yay "Radomyak"a keçmişdi.
İlk vaxtlar əsas heyət oyunçusu olan Rahil daha sonra baş məşqçi ilə münaqişə üzündən heyətdən kənarda qaldı.
Məmmədovun polşalılarla daha bir illik anlaşması qalır. Amma tovuzlular onun transferini həll edə biliblər.
Tezliklə rəsmi açıqlamanın veriləcəyi gözlənilir. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.