Rahil Məmmədov Polşada əvəzlənmədən oynadı

09.02.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Polşa Ekstraklasasında 20-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" öz meydanında "Şlyonsk"u qəbul edib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Rahil də bu qarşılaşmanın iştirakçısı olub. 29 yaşlı mərkəz müdafiəçisi oyuna start heyətində başlayıb və sona qədər meydanda olub.

Bu nəticədən sonra sonra aktivində 21 xal olan "Radomyak" 18 komanda arasında 13-cü pilləsində qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью