Rahil Məmmədovun komandasından heçheçə

07.12.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Polşa çempionatında 18-ci tura start verilib.

QOL.az xəbər verir ki, turun açılış matçında millimizin müdafiəçisi Rahil Məmmədovun formasını geydiyi “Radomiak” öz meydanında “GKS Katovitse” ilə qarşılaşıb.

Zədəli olduğu üçün Rahil Məmmədov bu matçda heyətdə yer almayıb. 

Onun yoxluğunda komandası meydandan 1 xalla ayrılıb. 

“Radomiak” - “GKS Katovitse” - 1:1
Qollar
: Sebastian Bergier, 20 (0:1), Leonardo Roşa, 49 (1:1)

"Radomiak" bu heç-heçədən sonra xallarının sayını 17-yə çatdırıb və 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью