Rahilin komandası I Liqa klubu ilə sülh bağlayıb

16.01.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" qış təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib. Sport24.az xəbər verir ki, Ekstraklassa təmsilçisi Polşanın I Liqasında mübarizə aparan "Zniç"lə qolsuz bərabərə qalıb. 

Məmmədov matçın ikinci yarısında meydana buraxılıb.

Qeyd edək ki, Rahilin şərəfini qoruduğu komanda 18 turdan sonra 20 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью