Rahim Sterlinq saxlanıldı: İki il həbs cəzası ala bilər

26.08.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rahim Sterlinq saxlanıldı: İki il həbs cəzası ala bilər

İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinq 2 illik həbs cəzası təhlükəsi ilə üzləşiib.

QOL.az "The Sun"a istinadən xəbər verir ki, o, təhlükəli avtomobil idarə etməkdə, avtomobildə qanunsuz şəkildə azot oksidi saxlamaqda və analiz üçün nümunə verməkdən imtina etməkdə ittiham olunub.

“Mançester Siti” və “Çelsi”nin keçmiş hücumçusu İngiltərənin Farnboro şəhəri yaxınlığında yol qovşağının ətrafında saxlanılıb. 31 yaşlı futbolçu günahı sübuta yetiriləcəyi təqdirdə iki ilədək həbs cəzası ala bilər.

Bildirilib ki, Sterlinq sentyabrın 15-də Beyzinqstokda məhkəmə qarşısına çıxacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью