Rahim Sterlinqi heyətinə qatmaq istəyən klublardan biri məlumdur

30.01.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Tottenhem Hotspur” cinah oyunçusu Rahim Sterlinqi azad agent kimi transfer etməyi düşünən klublardan biridir.

İdman.Biz bu barədə “Daily Mail”ə istinadən bildirir.

Mənbənin məlumatına görə, əvvəllər “Çelsi”dən ayrılan 31 yaşlı futbolçu London klubunda əvvəlki maaşının üçdə birindən az məbləğdə (həftədə 325.000 funt sterlinq (373.000 avro)) oynamağa hazırdır. Lakin, bu mövsüm bir dənə də olsun oyun keçirməyən Sterlinqin zəif forması “Tottenhem”i çəkindirə bilər.

Hücumçunun London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər idi. Ötən mövsüm Sterlinq “Arsenal”da icarə əsasında oynayıb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью