Raket atıldı, qalıqları Məkkə və Mədinəyə düşdü

25.10.2026

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Husilər tərəfindən atılan və Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələrinin ələ keçirdiyi iki ballistik raketin qalıqları krallığın qərb hissəsindəki müsəlmanların müqəddəs şəhərləri olan Məkkə və Mədinə yaxınlığına düşüb.

Bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, vurulan raketlərin qalıqları Məkkə, Ciddə, Taif və Rabiq də daxil olmaqla, bir neçə əraziyə düşüb.

Hakimiyyət orqanları bu cür hücumlar üçün bütün lazımi təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.

///modern.az///

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью