Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Zelenski qurbanların sayını artırmaq üçün yeni raketlər dilənir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-ın Ukraynaya ayrılan 20 min raketi Yaxın Şərqə göndərməsi barədə fikirlərinə münasibət bildirərkən deyib.
“Zelenski növbəti şousunda ABŞ-ın Ukrayna üçün ayrılan 20 min raketin Yaxın Şərqə verilməsindən şikayətləndi. Ukraynaya ayrılan 6000 paketi isə niyəsə götürmür. Hələ bir qurbanların sayını artırmaq üçün yeni raketlər dilənir. Və yenə də götürməmək üçün”, – deyə, Zaxarova teleqram hesabında paylaşıb.
Aysel Əliyeva
Globalinfo.az