Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Rusiyanı ilk dəfə ATACMS raketləri ilə vurdu: media detalları öyrənib... Artıq məlum olduğu kimi...
...Genişmiqyaslı müharibənin 1000-ci günündə Ukrayna ABŞ-ın uzaqmənzilli ATACMS raketlərindən istifadə edərək Rusiya daxilindəki hərbi hədəfi vurub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” məlumatlı mənbələrə istinadən yazır.
Raketlərin Rusiyanın Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığında, Ukrayna ilə sərhəddən 115 kilometrdən çox və Ukrayna Silahlı Qüvvələrinin davam etdiyi qonşu Kursk vilayətində cəbhə xəttinin 190 kilometr şimalında yerləşən böyük silah arsenalına düşdüyü bildirilir.
“Financial Times” qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi ATACMS zərbəsini təsdiqləyib və altı raketdən beşinin vurulduğunu bildirib.
Ukrayna rəsmiləri hücumun Amerika raketləri tərəfindən həyata keçirildiyini təsdiqləməyib.
“Financial Times” əlavə edib ki, zərbə Kiyevin ABŞ prezidenti Cozef Baydendən icazə aldıqdan sonra Rusiya ərazisində ABŞ istehsalı olan uzaqmənzilli silahlardan ilk dəfə istifadə etməsidir.