Raketlər özləri öz sözlərini deyəcək

18.11.2024

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Raketlər özləri öz sözlərini deyəcəklər.

Bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski ABŞ, Böyük Britaniya və Fransanın Rusiya ərazisini uzaqmənzilli raketlərdən istifadə etməklə vurmaqla bağlı icazəsini şərh edərkən deyib.

"Ukraynaya dair "Qələbə planım"da əsas məqam ordumuzu uzaqmənzilli silahlarla təmin etmək idi. Bu gün mətbuat bizim o raketlərdən istifadəyə icazə aldığımızı yazıb. Amma zərbələri sözlə vurmurlar, belə şeylər elan olunmur. Raketlər özləri öz sözlərini deyəcəklər. Mütləq!", - deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью