Raketlərin 1,5 aya Marsa çatmasına imkan verəcək yanacaq sınaqdan keçirildi

25.01.2025

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


ABŞ nüvə raket yanacağının ilk sınaqlarını reallığa yaxın şəraitdə həyata keçirib.
Yeniavaz.com
interpressengineering.com-a istinadən xəbər verir ki, ilk sınaq 20 dəqiqə davam edib. Bu da mühərrikin tam güclə işləməyinə bənzəyir.
“General Atomics Electromagnetic Systems” (GA-EMS) şirkəti artıq yanacaq birləşmələrinin 2326°C-yə qədər olan temperaturlarda istilik və hidrogen sabitlik sınaqlarından uğurla keçdiyini elan edib.
Sınaqlar NASA-nın Marşal Kosmik Uçuş Mərkəzində aparılıb.
GA-EMS prezidenti Skott Forni bu sınaqların dərin kosmos üçün etibarlı mühərriklərin yaradılmasında mühüm addım olduğunu vurğulayıb. Onun sözlərinə görə, onlar Marsa uçuş müddətini 6-7 aydan 45 günə qədər azalda biləcəklər. Bu, ekipajın sağlamlığı üçün riskləri əhəmiyyətli dərəcədə azaldacaq və ümumiyyətlə, kosmik missiyaları daha təhlükəsiz və səmərəli edəcəkdir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью