Raketlərinizi atdınız, bəsdir! Trampdan İrana ÇAĞIRIŞ

08.06.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İrana İsrailə raket zərbələrini dayandırmağı və danışıqlar masasına qayıdaraq razılaşma əldə etməyi tövsiyə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına açıqlamasında bildirib.

“İrana məsləhətim belə olardı ki, raketlərinizi atdınız və bununla kifayətlənin. Danışıqlar masasına qayıdın və razılaşma əldə edin”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Trampın sözlərinə görə, mövcud vəziyyətdə ən doğru addım gərginliyi artırmaq deyil, diplomatik həll yollarına üstünlük verməkdir.

ABŞ lideri əlavə edib ki, Amerika ordusu hazırda yüksək hazırlıq vəziyyətinə gətirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью