futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki “Hayduk”un futbolçusu İvan Rakitiç karyerasını bitirib.
Futbolpress.az xəbər verir ki, bu barədə Split təmsilçisinin baş məşqçisi Qonsalo Qarsiya məlumat yayıb. O, xorvatiyalı yarımmüdafiəçinin klubdan ayrıldığını və karyerasını bitirdiyini deyib.
37 yaşlı futbolçu 2018-ci ildə Xorvatiya millisi ilə dünya çempionatının gümüş medallarını qazanıb. Rakitiç “Hayduk”dan öncə “Barselona”, “Sevilya” kimi klublarda forma geyinib.
“Zirə” “Hayduk”la ilk oyunu iyulun 23-də Bakıda keçirəcək. Cavab görüşü iyulun 31-də Splitdə olacaq.