Rakitiç “Zirə”nin rəqibində işləyəcək | Icma.az
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Xorvatiyalı futbolçu İvan Rakitiçin yeni iş yeri məlum olub.
Futbolpress.az xəbər verir ki, o, “Hayduk” klubunda texniki direktor vəzifəsinə təyin edilib. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Karyerası ərzində “Sevilya”, “Barselona” kimi klublarda oynayan Rakitiç son olaraq məhz “Hayduk”da çıxış edib. O, bu ay karyerasını bitirib.
“Hayduk” Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq.
Komandalar arasındakı ilk oyun iyulun 23-də Bakıda, cavab görüşü isə 31-də Xorvatiyada olacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu