Rakuv onu heyətinə qatmaq istəyir

27.11.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Polşanın "Rakuv" klubu "Sabah"ın müdafiəçisi Rəhman Daşdəmirovu transfer etmək istəyir.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı azərbaycanlı futbolçu Polşa təmsilçisinin diqqət mərkəzinə düşüb.

Solaxay mərkəz müdafiəçisinin "Sabah"la müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Azərbaycan millisinin heyətində 14 oyun keçirən Daşdəmirov cari mövsümdə "Sabah"ın əsas heyətində müntəzəm forma geyinir.

Qeyd edək ki, müdafiəçi 2023-cü ilin iyulunda "Sabah"a keçib. "Transfermarkt" portalı onun bazar dəyərini 500 min avro qiymətləndirir.

Xatırladaq ki, "Rakuv"un heyətində Azərbaycan millisinin digər üzvü Mahir Emreli də çıxış edir. Hazırda "Bursaspor"un formasını geyinən Toral Bayramov da Polşa klubunun maraq dairəsindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью