Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" komandasının yeni baş məşqçisi açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa təmsilçisi məlumat yayıb.
David Szvarqa ilə anlaşma əldə olunub. Onun klubla müqaviləsinin müddəti 2027/2028 mövsümünün sonunadək nəzərdə tutulub.
36 yaşlı mütəxəssis bu postda Tomaş Kaçmareki əvəzləyib.
Xatırladaq ki, "Rakuv" Polşa çempionatında 6 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.