Ralf Ranqnik yenidən Mançester Yunaytedə qayıda bilər

10.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik İngiltərənin "Mançester Yunayted" klubuna qayıda bilər.

"Report"un "SimplyUtd"yə istinadən məlumatına görə, alman mütəxəssis idman direktoru vəzifəsini tuta bilər.

Bu vəzifə hazırda klubda vakant qalıb.

Qeyd edək ki, R.Ranqnik 2021-ci ilin dekabrında "Mançester Yunayted"in baş məşqçisi təyin edilib və mövsümün sonunda klubun məsləhətçisi kimi çalışıb. 2022-ci ildə isə Avstriya millisinə baş məşqçi təyin olunub.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью