Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin Livanın paytaxtı Beyrutda Ramada mehmanxanasına endirdiyi aviazərbələr nəticəsində dörd iranlı diplomat həlak olub.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani məlumat yayıb.
Hadisənin mart ayının 8-də baş verdiyi bildirilir.