Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müğənni Ramal İsrafilov illərdir küsülü olduğu Əməkdar artist Abbad Bağırovdan danışıb.
Axşam.az xəbər verir ki, sənətçi "İncə səhər" verilişində ondan incimədiyini deyib:
"Heç kimdən küsmürəm. Abbas Bağırovu salamlayıram. 5 il bir yerdə çalışmışıq, çörək kəsmişik. Bunu itirmək olar? Qrupdan çıxanda həmişə rəhbər inciyir. Bu da normaldır. Abbas öz, mən öz sənətimdəyəm. Anasının əlindən öpürəm, evində çörək yemişəm".
Qeyd edək ki, Ramalla Abbas arasında qalmaqal "Aləm gözəl" mahnısına görə yaşanıb. Belə ki, Abbas mahnının müəllifi kimi başqa şəxsi göstərib. Ramal isə mahnınını özünün yazdığını deyib.